idman

Milli üzvü çıxdı, komandası uduzdu

  • 11 Mar 2018
  • 291 baxış

Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 27-ci turun oyunları keçirilib. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, yenidən Azərbaycan millisinə dəvət alan Ufuk Budakın formasını geyindiyi "Samsunspor" da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Qaziantepspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Matça start heyətdə başlayan Umut 66-cı dəqiqədə əvəzlənib. Qarşılaşmadakı hər üç qol da məhz millimizin üzvü meydanı tərk etdikdən sonra vurulub.

>

Qeyd edək ki, "Samsunspor" hazırda 32 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR