idman

\"Keşlə\"nin yubilyarları

  • 12 Mar 2018
  • 297 baxış

Azərbaycan Premyer Liqasının 19-cu turunun "Neftçi" ilə qarşılaşmasında "Keşlə"nin qollarına imza atan futbolçular yubiley müəllifi olublar.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Pərdis Fərcad-Azad Azərbaycan çempionatlarında özünün 25-ci qoluna sevinib. O, bu rəqəmə 125-ci matçında çatıb. Pərdis 25 qoldan 3-nü "Keşlə"də, 22-ni "Sumqayıt"da vurub. Onun komanda yoldaşı Adrian Skarlatake isə 15-ci dəfə qol sevinci yaşayıb. 132-ci matçını keçirən rumıniyalı indiki klubunda 4, "Xəzər Lənkəran"da 11 dəfə fərqlənib. 

>

Qeyd edək ki, "Neftçi" - "Keşlə" oyununda meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR