SAĞLAMLIQ

Qazlı suların zərərli təsiri

  • 12 Mar 2018
  • 10432 baxış

Qazlı suları içməyi sevənlərlə yanaşı ondan iştahanı açmaq, həzm prosesini sürətləndirmək üçün istifadə edənlər də var. Lakin təəssüf ki, çox vaxt onun sağlamlığa vurduğu zərəri nəzərə almırlar.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, qazlı suları seçərkən bir sıra məsələlərə fikir vermək lazımdır. Amerika alimlərinin apardığı tədqiqatlar nəticəsində müəyyən edilib ki, həftə ərzində dörd qutu keyfiyyətsiz qazlı su içmək sümüklərdə qırılmağa meyillilik yarada bilər. Həmin içkilərin tərkibindəki limon turşusu mədənin fəaliyyətinə mənfi təsir göstərir, ifrat istifadə edilməsi isə mədə xorası ilə nəticələnir. Müalicəvi təsirə malik qazlaşdrılmış sulardan da ehtiyatla istifadə edilməsi məsləhətdir. Bəzən həkimin icazəsi olmadan dükanlardan alınıb içilən həmin qazlı sular xroniki xəstəliklərə səbəb olur.

>

Qazlı içkilərin tərkibindəki kofein xoş əhvali-ruhiyyəni artırsa da, çox keçmədən yorğunluğa, yuxusuzluğa və gərginliyə aparıb çıxarır. Qazlı suyun tərkibindəki kimyəvi maddələr orqanizm üçün ziyanlı sayılır. Saxlanma qaydalarına düzgün əməl edilməməsi də müəyyən fəsadlar yaradır. Məsələn, bəzən günəş işığı altında saxlanılan qazlı suların tərkibi dəyişir. Həkimlərin fikrincə, qazlı su əvəzinə təmiz və saf su içmək daha faydalıdır. Kimyəvi qatqılar və boyalarla qarışdırılmış müxtəlif şirələri təmiz su ilə əvəz etmək olar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45892 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 774 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 779 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 752 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 851 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO