idman
Premyer Liqa klubu baş məşqçisini qovdu
"Sauthempton" klubu baş məşqçisiz qalıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi Maurisio Pelleqrino ilə yolları ayırıb.
Klub bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
>Pelleqrino uğursuz nəticələrə görə qovulub. 45 yaşlı mütəxəssislə birlikdə köməkçiləri Karlos Kompanççi və Ksavye Tamarit də komandadan göndərilib.
Qeyd edək ki, "Sauthempton" İngiltərə çempionatında hazırda 17-ci pillədə qərarlaşıb.
XalqTV.com
RƏYLƏR