İqtisadiyyat

Azərbaycan neftinin bir bareli 66 dollara satılır

  • 14 Mar 2018
  • 357 baxış

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 66,05 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,56 dollar/barel azdır.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 65,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 12-də 60,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,65 dollar/barel azdır.

>

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 12-də 64,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR