İqtisadiyyat
Kriptovalyutaların reklamı qadağan olunur
"Google"da kriptovalyuta və binar opsion reklamlarının yerləşdirilməsinə qadağa qoyulacaq.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Google" axtarış sistemini idarə edən ABŞ-ın "Alphabet" holdinqi bəyanat verib.
"Alphabet" qadağa qərarını yüksək risk qrupuna aid olan bu maliyyə məhsullarının satışı ilə mübarizə üzrə daha geniş tədbirlərin zəruriliyi ilə izah edib.
>Qadağa iyun ayından qüvvəyə minəcək.
Xatırladaq ki, yanvarın sonunda "Facebook" rəhbərliyi də sosial şəbəkədə kriptovalyuta reklamının yerləşdirilməsinə qadağa qoyulacağını bildirmişdi.
XalqTV.com
RƏYLƏR