idman

Boksçularımız Avropa çempionatına hazırlaşırlar

  • 14 Mar 2018
  • 273 baxış

Boks üzrə Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları təlim-məşq toplanışını davam etdirirlər.

XalqTV.com-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, millilərimiz martın əvvəlində başlayan hazırlığın arxada qalan hissəsində əsasən fiziki və texniki çalışmalar üzərində işləyiblər.

Boks Mərkəzində gerçəkləşən toplanış martın 23-dək davam edəcək. Məşqlərdə məqsəd 22 yaşadək boksçular arasında Avropa çempionatına hazırlıqdı.

>

Yarış martın 24-dən aprelin 2-dək Rumıniyanın Tırqu-Jiu şəhərində təşkil olunacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR