Ölkədə qızıl-gümüş bazarında SON QİYMƏTLƏR
Azərbaycanda martın 14-də əsas qiymətli metalların qiyməti bahalaşıb.
Qızılın qiyməti təxminən 14,88 manat (0,7 faiz) artaraq 1 troy unsiyası üçün 2 257,25 manat təşkil edib.
Trend-in məlumatına görə, son 30 gün ərzində (14 fevral - 14 mart) Azərbaycanda qızılın qiyməti 2 268,97 manatdan 2 257,25 manatadək azalıb. Bu müddət ərzində ən yüksək göstəriciyə qızıl fevralın 19-u nail olub - 2 291,45, ən aşağı göstərici isə martın 1-i qeydə alınıb - 2 234,94 manat
2018-ci ilin fevralın 14-dən martın 14-dək qızıl qiymətlərinin dəyişiklik qrafiki (faktiki qiymətlər, manatla):
/>
Mənbə: Azərbaycan Mərkəzi Bankı
Bununla belə, 30 günlük müddətdə qızılın ucuzlaşmasına baxmayaraq ilin əvvəlindən qiymətlər 33,47 manat (1,5 faiz) artıb.
Trend-ə görə, gümüş 0,9 faiz bahalaşaraq 1 unsiya üçün 28,2536 manata çatıb.
Platinin qiyməti 1 646,773 manatadək (0,7 faiz artıb), palladiumun qiyməti isə 1 668,219 manatadək (1,44 faiz artım) artıb.
Ad | 14.03.18 | 13.03.18 | |
Qızıl | XAU > | 2257,2515 > | 2242.3765 |
Gümüş | XAG | 28,2536 | 28.0018 |
Platin | XPT | 1646,773 | 1635.434 |
Palladium | XPD | 1688,219 | 1664.283 |
XalqTV.com