Dünya
Rusiyada təyyarədən qızıl külçələri töküldü
Rusiyanın Yakutiya əyalətinin hava limanından uçan "Antonov 12" tipli poçt təyyarəsinin qapağı qırılıb və bənzəri görülməyən mənzərə ortaya çıxıb.
XalqTV.com oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində havadan qızıl və gümüş külçələr tökülməyə başlayıb.
Görülən tədbirlərlə yerə tökülən 200-ə qədər qızıl və gümüş külçəsi tezliklə yığılıb.
>Külçələrin hər biri 20 kiloqram ağırlıqda olub.
Hadisədən sonra uçuş meydanında təhlükəsizlik tədbirləri artırılıb. Yük Kanadaya aid mədən şirkətinə məxsus olub.
XalqTV.com
RƏYLƏR