Xəbərlər
Polis maşını "07" ilə toqquşdu
Bu gün Abşeron rayonu Masazır qəsəbəsində avtomobil qəzası baş verib.
Hadisə şahidlərindən birinin verdiyi xəbərə görə, hadisə Masazır dairəsi deyilən yerin yaxınlığında, saat 11 radələrində baş verib. Hadisə zamanı 99-YP-171 dövlət qeydiyyat nişanlı yol patrul xidməti (YPX) avtomobil ilə "VAZ-2107" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilə ciddi zərər dəyib.
RƏYLƏR