SAĞLAMLIQ

Ömrü uzadan dərman hazırlandı

  • 16 Mar 2018
  • 378 baxış

Fransalı alimlər qanda zərərli xolesterin miqdarını aşağı salan və insult, infarkt riskini 15 faizi azaldan preparat yaradıb.

XalqTV.com oxu.az-a istinadən bildirir ki, bu barədə "MedicalXpress"in pres-relizində qeyd olunur.

"Alirokumab" adlı bu preparat eyni zamanda erkən ölüm riskini aradan qaldıraraq, ömrün uzanmasına xidmət edir.

Dərman immun sistemini qaraciyərin aşağı sıxlıqlı lipoproteinlərin formalaşmasına cavab verən spesifik zülalına qarşı "hücuma" yönəldən "PCSK9" inhibitorlar sinfindəndir.

>

Sınaqlarda bu dərmanı iki il ərzində qəbul edən, orqanizmində yüksək xolesterin miqdarı olan insanlarda erkən ölüm riski 29 faiz azalıb.

Xolesterin - qan tərkibində lipoproteinlər şəklində olan yağlı spirtdir. Aşağı sıxlıqlı lipoproteinlər nazik damarların bloklanmasına gətirib çıxarır ki, bu da əksər hallarda ürək-damar sisteminin pozuntularına səbəb olur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO