\"Valensiya\" \"Alaves\"ə qarşı
İspaniya La Liqasında XXIX tura start verilib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, aşağı pillələrdə qərarlaşan "Levante" Avropa Liqasına iddia edən "Eybar"la üz-üzə gəlib.
Qarşılaşma gözlənilmədən "Levante"nin qələbəsi ilə nəticələnib.
Ən azı ilk "dördlük"dəki mövqeyini möhkəmlətməyi hədəfləyən "Valensiya" təhlükəli zonadan getdikcə uzaqlaşan "Alaves"lə qarşılaşacaq.
Mövsümün məğlubedilməz komandası "Barselona" doğma azarkeşləri önündə ortabablardan olan "Atletik"i sınağa çəkəcək.
Kataloniya klubunun ən yaxın izləyicisi "Atletiko"nu çətin səfər gözləyir. Dieqo Simeonenin yetirmələri "Vilyarreal"ın qonağı olacaq.
La Liqada elə də uğurlu mövsüm keçirməyən "Real" isə Avropa Liqasına vəsiqə şansını qoruyan "Jirona"nı qəbul edəcək.
İspaniya La Liqası - XXIX tur
16 mart
"Levante" - "Eybar" - 2:1
Qollar: Roje, 25; Boatenq, 64 - Çarles, 63
17 mart
16:00. "Deportivo" - "Las Palmas"
19:15. "Valensiya" - "Alaves"
21:30. "Real Sosyedad" - "Xetafe"
23:45. "Betis" - "Espanyol"
18 mart
15:00. "Leqanes" - "Sevilya"
19:15. "Barselona" - "Atletik"
21:30. "Selta" - "Malaqa"
21:30. "Vilyarreal" - "Atletiko"
23:45. "Real" - "Jirona"
1. | Barselona | 28 | 22 | 6 | 0 | 72-13 | 72 |
2. | Atletiko | 28 | 19 | 7 | 2 | 48-12 | 64 |
3. | Real | 28 | 17 | 6 | 5 | 67-30 | 57 |
4. | Valensiya | 28 | 17 | 5 | 6 | 54-30 | 56 |
5. | Sevilya | 28 | 14 | 3 | 11 | 36-42 | 45 |
6. | Vilyarreal | 28 | 13 | 5 | 10 | 38-32 | 44 |
7. | Jirona | 28 | 12 | 7 | 9 | 40-36 | 43 |
8. | Betis | 28 | 12 | 4 | 12 | 46-53 | 40 |
9. | Eybar | 29 | 11 | 6 | 12 | 36-43 | 39 |
10. | Selta > | 28 | 11 | 5 | 12 | 45-42 | 38 |
11. | Xetafe | 28 | 9 | 9 | 10 | 33-26 | 36 |
12. | Atletik | 28 | 8 | 11 | 9 | 29-31 | 35 |
13. | Espanyol | 28 | 8 | 11 | 9 | 26-34 | 35 |
14. | Real Sosyedad | 28 | 9 | 6 | 13 | 50-50 | 33 |
15. | Leqanes | 28 | 9 | 6 | 13 | 23-34 | 33 |
16. | Alaves | 28 | 10 | 1 | 17 | 25-42 | 31 |
17. | Levante | 29 | 5 | 12 | 12 | 25-43 | 27 |
18. | Las Palmas | 28 | 5 | 5 | 18 | 20-57 | 20 |
19. | Deportivo | 28 | 4 | 7 | 17 | 25-59 | 19 |
20. | Malaqa | 28 | 3 | 4 | 21 | 16-45 | 13 |
Bombardirlər: Lionel Messi ("Barselona") - 24 qol, Luis Suares ("Barselona") - 21 qol
XalqTV.com