idman
\"Səbail\"in futbolçusu Moldova yığmasına çağırıldı
"Səbail" komandasının futbolçusu Yevgeni Koçuk Moldova yığmasına çağırılıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Aleksandr Spridon 25 yaşlı hücumçuya dəvət göndərib. Moldova yığması martın 27-də Fransanın paytaxtı Parisdə Kot-Divuar millisi ilə yoldaşlıq oyunu keçirəcək.
>Xatırladaq ki, "Zirə" klubunun hücumçusu Aleksandr Dedov da Moldova yığmasına çağırılıb.
XalqTV.com
RƏYLƏR