idman
Filipe Luis dünya çempionatında oynamayacaq
"Atletiko" və Braziliya millisinin üzvü Filipe Luisin zədəsi ciddidir.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, ayağında qırıq aşkarlanan 32 yaşlı müdafiəçinin 6 ay meydana çıxa bilməyəcəyi məlum olub.
Bu isə onun yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcəyi deməkdir.
>Qeyd edək ki, F.Luis Avropa Liqasının 1/8 final mərhələsinin "Lokomotiv"lə cavab oyununda (1:5) zədələnib.
XalqTV.com
RƏYLƏR