SAĞLAMLIQ

Oxumayın, burada özünüzü tapa bilərsiniz!

  • 17 Mar 2018
  • 403 baxış

Hər insanın ağlından keçər bir gün çəkib getmək olduğu diyarlardan. Baş götürüb getmək inadına bütün tərsliklərin, problemlərin, göz yaşlarının, incikliklərin... Bütün səni həbs edən zəncirlərin acığına çıxıb getmək ürəyinin apardığı yerlərə...

Hər insanın ağlından keçər bir gün xəyanət etmək ən çox sevdiyinə. Ən çox can yandırdığına, ən çox əmək verdiyinə... Dəyərsiz olduğunu gördüyü o an hər kəs bir anlıq xəyanət etmək istər beləcə həyat eşqinə...

XalqTV.com dushunce.az-a istinadən bildirir ki, yalan danışar hər kəs bir gün çox inandığına, ən çox etibar etdiyinə... Ən böyük zərbəni aldığına hər kəs bir gün yalan danışmaq istər qisas almaq istərcəsinə...

İnsan psixologiyasında, insan şüuraltısında təhrikedici qüvvələr daim mövcuddur. Bu qüvvələr illərlə yığılıb qalan aqressiya, neqativ hadisələr, incinmiş duyğular, tamamlanmamış arzular, gerçəkləşməmiş xəyallar fonunda formalaşır. İnsan dözür-dözür, hər çətinliyə sinə gərir və nəhayət bir gün... Gücsüz düşdüyün anda bütün orqanlar və duyğular ayağa qalxır. Üsyan edir... Onları məhkum etdiyin vəzifələrdən bir anda imtina edir. Və budur möhtəşəm bir xaos. Azıb qalırsan. İllərlə özün bahasına qurduğun nizam indi səni məhv etməyə yönəlmiş silaha çevrilir sanki. O an hər şeyi etməyə qadirdir insan. Ən ağılasığmaz hərəkətləri, ən gözlənilməz çılğınlıqları, geridönülməz peşmanlıqları edə bilərsən o an. Məşhur bir deyim var, "hər dərdi içinizə atarsanız, gün gələr yerinizdən qalxa bilməzsiniz"... Daş kimi yığılarlar içinə aqressiyaların, qırğınlıqların, göz yaşların... İllərlə içinə atıb qalaq etdiyin dərdlərin səni daşlamağa başlayar.

Zərbələr kəskin. Zərbələr  ağır, zərbələr ağrıverici. Bu ağrını çəkə-çəkə xəyanət də edər insan, yalan da söyləyər, içki də içər, hətta intihar da edər!

Duyğuları, fikirləri şahə qalxmış insan hər şeyə qadirdir! Hətta öldürməyə də.

>

Heç düşündünüzmü, insanlar niyə bu qədər çox intihar edir? Gənclər niyə evdən qaçır? Niyə xəyanətlər çoxalır? Niyə boşanmalar artır? Niyə cinayətlər olur? Ata qızını, qadın ərini, uşaq yoldaşını niyə bıçaqlayır? Niyə insanlar söyür, təhqir edir? Niyə təhqir edilir?

Bütün bunların hamısı o "Bir An"da (affekt vəziyyəti) verilən qərarların nəticəsidir. Hansı ki, insan artıq ən son həddə çatmış... İnsan yorulmuş... İnsan tükənmiş... Beyin dayanmış o an, sadəcə hisslər danışmış çılğıncasına... hisslər yönləndirmiş o an səni... O an sadəcə ehtiyacın ödənsin istəyərsən... Sadəcə səni üsyana təşviq edən ehtiyacın ödənsin, başqa heç nə düşünə bilməzsən... Zatən insanı hər yola sürükləyən elə ehtiyacları deyilmi?!

Odur ki, bircə anlıq dayanmalı...

Şahə qalxmış insan duyğuları "dağ çayına" bənzər. Zirvədən sürət götürüb endiyi an qarşısına nə çıxsa, sürüyüb gətirər. Daş, çınqıl, ağac, zibil... Nə çıxsa, baxmaz ağına- bozuna... Mənsəbinə çatana yaxın sakitləşər, bütün artıqları, lazımsızları geridə bir  yerlərdə buraxıb, durular... İnsan da beləcə... Gözünü əsəb, hikkə, ağrı bürüdüyü an nə istəsən edə bilər... Amma bir duruldumu, sakitləşdimi gətirər özü ilə peşmanlıqlar...

Bəs sonrakı peşmanlığın faydası varmı? Əlbəttə ki yox... Elə isə düşünün. Ətrafımızı bürümüş aqressiya selinə siz də qapılmayın! Peşmanlıqlardan uzaq durun! Peşmançılıq yaşamayın! Peşmançılıq yaşatmayın!

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO