İqtisadiyyat

Daha bir dövlət Transxəzər marşrutuna qoşulmaq istəyir

  • 25 May 2017
  • 264 baxış

Daşkənddə "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Qazaxıstanın dəniz limanları" mövzusunda dəyirmi masa keçirilib.

XalqTV.com xəbər verir ki, Trend bu barədə "Qazaxıstan dəmir yolları" şirkətinə istinadən məlumat verir.

Tədbir zamanı Özbəkistan yüklərinin Qazaxıstan və Azərbaycan limanlarından keçməklə Qara dəniz hövzəsi və Avropaya çatdırılması üçün alternativ yol olaraq bu marşrut vasitəsilə daşınması məsələsi müzakirə edilib.

Dəyirmi masada Özbəkistan, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Çin və digər ölkələrin dəmir yolları, nəqliyyat-logistika şirkətlərinin, diplomatik missiyaların və biznes-strukturların nümayəndələri iştirak edib.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Ukraynadan keçməklə Avropaya gedir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR