idman

\"Heç bir rəqibdən qorxmuruq\"

  • 18 Mar 2018
  • 298 baxış

"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatmasını dəyərləndirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, misirli futbolçu turnirdə titula iddialı olduqlarını qeyd edib.

"Məncə, bu mövsüm Premyer Liqada "Mançester Siti" həmişə rəqiblərindən üstün oynamayıb. Baxmayaraq ki, çoxları belə deyir. Məsələn, onlar bizə uduzmuşdu. Çempionlar Liqasında çıxış həmişə püşkatmadan asılıdır. Amma heç bir rəqibdən qorxmuruq. Biz artıq 1/4 finaldayıq. digər 7 komanda kimi "Liverpul"un da titulu qazanmaq şansları var".

>

Tərəflər arasında ilk oyun aprelin 4-ü "Anfield"də, cavab qarşılaşması isə 6 gün sonra "Etihad"da baş tutacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR