idman
Türkiyə millisinin heyətində daha bir dəyişiklik
İrlandiya və Monteneqro yığmaları ilə yoldaşlıq görüşləri ərəfəsində futbol üzrə Türkiyə milli komandasının heyətində daha bir dəyişiklik edilib.
XalqTV.com "Report"a istinadən bildirir ki, İspaniya "Selta"sında çıxış edən Emre Mor ağır qripə yoluxduğundan millidən kənarlaşdırılıb.
Onu "Fənərbağça"nın yarımmüdafiəçisi Alper Potuk əvəzləyib.
>Bundan əvvəl zədəli Oğuzhan Özyakupla Ömer Toprakın yerinə komandaya Mahmut Tekdemir və İrfan Can Kahveci dəvət olunub.
Qeyd edək ki, İrlandiya ilə oyun martın 23-də Antalyada, Monteneqro ilə qarşılaşma isə martın 27-də Podqoritsada keçiriləcək.
XalqTV.com
RƏYLƏR