idman

Şəhriyar Məmmədyarov liderlə qarşılaşacaq

  • 22 Mar 2018
  • 332 baxış

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçiriləcək.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Bu qrossmeysterlər arasında ilk dövrədəki oyunda qalib müəyyənləşməyib. Bütün görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

9 turdan sonra F.Karuana 6 xalla vahid liderdir. Ş.Məmmədyarov 5,5 xalla 2-ci, A.Qrişuk 5 xalla 3-cü pillədə qərarlaşıb. 4 və 5-ci sıralardakı D.Lijen və S.Karyakinin 4,5, 6 və 8-ci yerlərdəki V.Kramnik, L.Aronyan və U.Sonun isə hərəyə 3,5 xalı var.

X tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ)

>

Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya)

Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan)

Din Lijen (Çin) - Uesli So (ABŞ)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-14430-shehriyar-memmedyarov-liderle-qarshilashacaq..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11