SAĞLAMLIQ

Autizm nədir?

  • 24 Mar 2018
  • 467 baxış

Autizm - anadangəlmə və ya həyatın ilk illərində meydana çıxan, sosial, fiziki və zehni inkişaf problemləri ilə görünən qarışıq bir nevroloji inkişaf pozulmasıdır.

XalqTV.com hekimtap.az-a istinadən bildirir ki, autizm diaqnozu nevroloqlar və psixiatrlar tərəfindən qoyulur və müalicə edilir. Yaranma səbəbləri məlum deyil. Genetik olduğu düşünülməkdədir. Autizm - Autizmin spektr pozuntuları arasında daha çox rast gəlinənlərdəndir.

Autizmin spektr pozuntularının növləri:
 - Autizm
 - Asperger sindromu
 - Rett sindromu
 - Uşaqlıq dezinteqrativ pozuntu
 - Atipik autizm

>

Autizmli uşaqlarda daha çox rast gəlinən əlamətlər:
 - Başqalarıyla göz təmasının olmaması və ya zəif olması;
 - Adını çağırdıqda baxmaması və reaksiya verməməsi;
 - Söylənənləri eşitmir kimi davranması;
 - İstədiyi şeyi barmağıyla göstərməməsi;
 - Oyuncaqlarla oynamağı bacarmaması;
 - Uşaqlarla oynamağa maraq göstərməməsi, uşaq dostlarının az olması və ya olmaması, öz yaşıdlarıyla oynamamaq, daha çox özündən kiçiklərlə oynamağa meyil göstərməsi;
 - Xəyali oyunları (oyuncaqlarla evcik oyunu, məktəbli oyunu, həkimlik oyunu) oynamamaq;
 - Bəzi sözləri təkrar-təkrar söyləməsi (exolaliya), uyğun olmayan sözlərin yersiz istifadə etməsi;
 - Səbəbsiz ağlama və gülmə;
 - Sallanmaq, çırpınmaq kimi qəribə hərəkətlər etməsi;
 - Öz bildiyi kimi davranması, həddən artıq hərəkətlilik;
 - Gözlərini bir nöqtəyə zilləməsi;
 - Oyuncaqları döndərməsi, sıraya düzməsi;
 - Jest və mimikanın az olması;
 - Təkliyi xoşlaması;
 - Çox yavaş yeriməsi, barmaq ucunda yeriməsi, dönmə hərəkətləri etməsi;
 - Əlinə aldığı bir şeyi iyləməsi;
 - Hərəkət edən əşyalara, ventilyatora, fırlanan təkərə, axan suya, yanıb sönən işığa uzun müddət baxması;
 - Ağrıya qarşı laqeyd olması;
 - Səslərə qarşı həddən artıq həssas reaksiya verməsi və ya laqeyd olması;
 - Ehtiyacını ifadə etməməsi, hərəkətlərlə bildirməsi;

Bu əlamətlərin bir neçəsi uşağınızda müşahidə olunursa həkimə müraciət olunmalıdır. Erkən vaxtda diaqnoz qoyulmasının çox böyük əhəmiyyəti var.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO