Yığmamız yenə uduzdu
Almaniyada keçirilən 17 yaşadək qızlardan ibarət Avropa çempionatının elit-raund mərhələsi davam edir. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi bu gün VII qrupda növbəti matçına çıxıb.
Martın 22-dəki ilk görüşündə meydan sahibi Almaniyaya böyük hesabla (0:5) məğlub olan qızlarımız bu dəfə İrlandiya ilə üz-üzə gəlib.
Qrafsvald şəhərindəki "Volksstadion"da baş tutacaq görüş yığmamız üçün yenə məğlubiyyətlə yekunlaşıb. Komandamız 1 qola üzülüb.
Avropa çempionatının elit-raund mərhələsi
II tur
25 mart
İrlandiya U-17 - Azərbaycan U-17 - 1:0
Qol: Boyl Karr, 47
Baş hakim: Meytar Şemeş (İsrail)
Hakim köməkçiləri: May Moalem (İsrail), Anya Klimm (Almaniya)
Dördüncü hakim: Miriam Şveynefus (Almaniya)
Qrafsvald. "Volksstadion"
1. | Almaniya | 1 | 1 | 0 | 0 | 5:0 | 3 |
2. | İslandiya | 1 > | 1 | 0 | 0 | 2:1 | 3 |
3. | İrlandiya | 2 | 1 | 0 | 1 | 2:2 | 3 |
4. | Azərbaycan | 2 | 0 | 0 | 2 | 0:6 | 0 |
XalqTV.com