idman

Şəhriyar Məmmədyarov üçün tamam ya davam matçı

  • 26 Mar 2018
  • 294 baxış

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turniri davam edir.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bu gün XIII turun görüşləri keçiriləcək. 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşacaq. "Şah" ağ fiqurlarlaoynayacaq. 12 turdan sonra hər iki qrossmeyster çinli Liren Dinqlə birgə 6,5 xalla 3 - 5-ci yerləri bölüşdürür.

Bu partiyada məğlub olacaq şahmatçı turnirin qalibi olma şanslarını itirəcək. 

İddiaçılar turniri

XIII tur

>

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Aleksandr Qrişuk (2767, Rusiya)

Uesli So (2799, ABŞ) - Sergey Karyakin (2763, Rusiya)

Fabiano Karuana (2784, ABŞ) - Levon Aronyan (2794, Ermənistan)

Liren Dinq (2769, Çin) - Vladimir Kramnik (2800, Rusiya)

Turnir cədvəli: Karuana, Karyakin - 7 xal; Məmmədyarov, Dinq, Qrişuk - 6,5; Kramnik - 5,5; So - 5; Aronyan - 4.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR