SAĞLAMLIQ

Gecə yemək xəstəlik əlamətidirmi?

  • 27 Mar 2018
  • 363 baxış

Gecə qalxıb yemək yemənin genetik xüsusiyyətlərdən qaynaqlanan bir xəstəlik ola biləcəyi ortaya çıxıb.

Sağlamlığa zərərli və yüksək kalorili yeməklər, ümumiyyətlə çəki artımına, habelə  piylənməyə səbəb kimi göstərilir .

Lakin siçanlar üzərində aparılan təcrübə nəticəsində, bunun genetik xüsusiyyətlərdən də qaynaqlandığı ortaya çıxıb.

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, təcrübə əsasında məlum olub ki, yemək nizamı ilə yuxu arasındakı uyğunlaşma təşkil edən genlərin problemli olması gecə yemək yemə sindromu ortaya çıxarır.

"Cell Reports" jurnalında nəşr olunan araşdırmada siçanların qida saatına təsir edən gen və qidalanma arasındakı əlaqə öyrənilib.

Bədən saatını tənzimləyən gendəki dəyişikliklər siçanların yatma nizamına təsir göstərərək daha çox yatmalarına səbəb olur.

>

Araşdırmaçılar bu genin yuxu və qidalanma arasında uyğunlaşmanı təmin etdiyini fikirləşirlər.

Gendəki dəyişiklik yuxu, yaxud yemək yemə vərdişlərinə təsir edə bilir.

Araşdırma nəticəsində qidalanma saatının dəyişməsi çox yeməyə, həmçinin çəki almağa səbəb olduğu müəyyənləşib.

Gecə oyanıb yemək yemədən təkrar yatağa girməmək xəstəliyin əlamətlərindəndir.

Bunu qidalanma pozğunluğu sindromu olaraq təyin edirlər. Lakin, hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil. .

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO