Xəbərlər

Lənkəranda 38 yaşlı kişi intihar etdi

  • 30 Mar 2018
  • 1590 baxış

Lənkəran sakini intihar edib. Xalqtv.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Digah kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Mais Mirkazım oğlu Əsgərov evində özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkar olunub. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Məlumata görə, iki uşaq atası olan M.Əskərov həyat yoldaşından iki il əvvəl ayrılıb. Faktla bağlı araşdırma aparılır.




RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR