Xəbərlər

Yaradıcı soydaşlarımız "Sarı gəlin" üçün birləşirlər

  • 30 Mar 2018
  • 4849 baxış

Fransada təhsil alıb, fəaliyyət göstərən gənc cazmen Etibar Əsədli milli musiqimiz üçün olduqca əhəmiyyətli addım atıb.Xalqtv.com xəbər verir ki, E.Əsədli Fransada, eləcə də dünyada yaşayan çoxsaylı ermənilərin milli musiqimizi öz adlarına çıxarmaqlarından şikayətlənərək, bütün yaradıcı həmvətənlərimizi birliyə çağırıb. O, "Sarı gəlin" xalq mahnımızı özünəxas tərzdə ifa edib, #SariGelin və #SariGelinChallage haştaqları ilə sosial şəbəkələrdə paylaşmağa səsləyib. Pianoçu bildirib ki, bu "çelenc"də nəinki musiqiçilər, eləcə də rəssamlar, heykəltaraşlar, yazarlar və digər şəxslər iştirak edib, öz yaradıcılıq nümunələrini paylaşa bilərlər.

Xalqtv.com xəbər verir ki, E.Əsədli Fransada, eləcə də dünyada yaşayan çoxsaylı ermənilərin milli musiqimizi öz adlarına çıxarmaqlarından şikayətlənərək, bütün yaradıcı həmvətənlərimizi birliyə çağırıb.


O, "Sarı gəlin" xalq mahnımızı özünəxas tərzdə ifa edib, #SariGelin və #SariGelinChallage haştaqları ilə sosial şəbəkələrdə paylaşmağa səsləyib. Pianoçu bildirib ki, bu "çelenc"də nəinki musiqiçilər, eləcə də rəssamlar, heykəltaraşlar, yazarlar və digər şəxslər iştirak edib, öz yaradıcılıq nümunələrini paylaşa bilərlər.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR