Xəbərlər
Şəmkirdə iki avtomobil toqquşdu: Ölən və yaralılar var
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Xalqtv.com APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərində qeydə alınıb. Hərəkətdə olan "VAZ2104" markalı avtomoiblin başqa bir maşınla toqquşması nəticəsində "VAZ"-ın sürücüsü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı isə xəstəxanaya çatdırılanda yolda ölüb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma parılır.
RƏYLƏR