Xəbərlər

"İran Türkiyənin regionda həyata keçirdiyi hərbi əməliyyatlara qarşı deyil"

  • 31 Mar 2018
  • 2649 baxış

İran Türkiyənin regionda həyata keçirdiyi hərbi əməliyyatlara qarşı deyil, həmçinin İraqın Sincar əyalətində planlaşdırılan yeni əməliyyata etiraz etmir. Xalqtv.com Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O qeyd edib ki, İran hökuməti PKK terror təşkilatının bütün region üçün ümumi təhdid olduğunu başa düşür. Qeyd edək ki, bir neçə gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Sincarda PKK-ya qarşı əməliyyatlara başlaya biləcəyini demişdi. Martın 29-u Türkiyə qoşunları İraqın şimalındakı Karukr və Kani Raş yaşayış məntəqələrini PKK terrorçularından azad etmişdi.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR