Dünya
Keçmiş diktator öldü
Qvatemalanın keçmiş diktatoru Efrain Rios Mont 91 yaşında ölüb.
XalqTV.com axar.az-a istinadən bildirir ki,bu barədə RİA məlumat yayıb.
E.R.Montun adı Qvatemalada 36 ildən (1960-1996) çox davam edən vətəndaş müharibəsində hallanırdı.
O, ötən əsrin 80-ci illərində vətəndaşların günahsız yerə öldürülmələri ilə bağlı müxtəlif məhkəmə proseslərinə cəlb edilmişdi.
>2013-cü ildə diktator 80 illik həbs cəzasına məhkum edilsə də, Konstitusiya məhkəməsi bu qərarı qanunsuz saymışdı.
Sonrada müxtəlif məhkəmə prosesləri davam etdirilsə də, onun ölümü ilə bu işlər yarımçıq qaldı.
XalqTV.com
RƏYLƏR