idman

Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq

  • 06 Apr 2018
  • 152627 baxış

"Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq işlərinin görülməsi səbəbindən trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

XalqTV.com report-a istinadən xəbər verir ki, aprelin 7-nə keçən gecə Azneft dairəsində tribunanın tikintisi ilə əlaqədar kiçik radiuslu dairə quraşdırılacaq. Burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq.

Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar aprelin 8-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.

Həmçinin, aprelin 9-da gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

>

Bundan başqa, aprelin 12-nə keçən gecə Neftçilər prospektinin Dəniz vağzalının qarşısına düşən hissəsində yolun hərəkət hissəsi daraldılacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-14573-bakinin-bu-yollarinda-hereket-mehdudlashdirilacaq..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11