Dünya
Peterburqdan Yerevana uçan təyyarədə sərnişin öldü
Sankt-Peterburq-Yerevan aviareysində ölüm hadisəsi olub.
XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, Sankt-Peterburqdan Yerevana uçan təyyarə Ermənistan paytaxtına eniş edən zaman sərnişinlərdən biri göyərtədə keçinib.
39 yaşlı Ermənistan vətəndaşı Artak Vanesyanın infarktdan öldüyü ehtimal edilir.
>Bildirilir ki, Vanesyana ekipaj üzvləri və həmin reyslə uçan həkim ilkin yardım göstərsələr də, nəticəsiz olub.
XalqTV.com
RƏYLƏR