Siyasət

Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçildi

  • 07 Apr 2018
  • 154727 baxış

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) V qurultayı keçirilib.

XalqTV.com-ın APA-ya istinadən xəbərinə görə, Qüdrət Həsənquliyev partiyaya sədrlik etdiyi dövrdə görülən işlər, qarşıda duran vəzifələr barədə hesabat xarakterli çıxış edib.

O, BAXCP-nin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etdiyini qeyd edib.

Qurultayda BAXCP Ali Məclisinin sədri Vaqif Abışov, Mərkəzi Nəzarət Təftiş Komissiyası sədri Yeganə Mehdibəyli, İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev, partiya sədrinin müavinləri - Niyaməddin Orduxanlı və Elçin Mirzəbəyli çıxış ediblər.

Sonra BAXCP sədrliyinə seçkilər keçirilib. Q. Həsənquliyev yenidən partiyanın sədri seçilib.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-14593-qudret-hesenquliyev-yeniden-baxcp-sedri-secildi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11