Dünya

Pravoslavlar Pasxa bayramını qeyd edir

  • 08 Apr 2018
  • 154687 baxış

Bu gün pravoslavlar Pasxa bayramını qeyd edir.

XalqTV.com APA-ya istinadən bildirir ki, Pasxa xristian dünyası üçün müqəddəs dini bayramdır və İsa peyğəmbərin dirilişinə həsr edilib.

>

Pasxa bayramı bu il pravoslav təqvimi ilə aprelin 8-də qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR