idman
Məşhur aktrisa vəfat edib
Görkəmli sovet və gürcü aktrisası, kinorejissor Leyla Abaşidze Tbilisidə 89 yaşında vəfat edib.
XalqTV.com report.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Mədəniyyət Palatasından jurnalistlərə məlumat verilib.
Məlumata görə, artist ağır xəstəlikdən dünyasını dəyişib. O, son vaxtlar xəstəxanada müalicə olunub.
>1951-ci ildə Tbilisinin Teatr İnstitutunun aktyorluq fakültəsini bitirən Abaşidze bir sıra komik və dramatik rolları ifa edib. O, oynadığı rollara görə bir sıra mükafatlar qazanıb. Abaşidze 2010-cu ildə Tbilisinin fəxri vətəndaşı adını qazanıb.
XalqTV.com
RƏYLƏR