Dünya

AŞPA-nın müşahidə missiyası artıq Bakıda

  • 09 Apr 2018
  • 154867 baxış

Azərbaycanda keçiriləcək Prezident seçkiləri üzrə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası artıq Bakıya gəlib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə missiyanın tərkibində yer alan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, Viorel Rikard Badeanın (Rumıniya) rəhbərlik etdiyi AŞPA missiyasına 33 müşahidəçi daxildir.

Bildirək ki, aprelin 11-də AŞPA müşahidəçiləri səsvermə prosesini müşahidə edəcək. Aprelin 12-də isə Azərbaycanda keçirilən seçkilərin monitorinqi ilə bağlı mətbuat konfransı keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-14641-ashpa-nin-mushahide-missiyasi-artiq-bakida..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11