Dünya

Ermənistan hökuməti istefaya göndərildi

  • 09 Apr 2018
  • 156979 baxış

Bu gün Ermənistan hökuməti istefaya göndərilib.

XalqTV.com report-a istinadən xəbər verir ki, Ermənistanın aprelin 9-da and içmiş yeni prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla baş nazir də daxil olmaqla bütün nazirlər və hökumətin digər üzvləri işdən çıxarılıblar. 

>

Qeyd edək ki, aprelin 9-16-da Ermənistanın baş naziri postuna namizədlər irəli sürüləcək. Aprelin 17-də Ermənistan parlamentində yeni baş nazir seçiləcək. Yeni baş nazir isə yeni hökuməti formalaşdıraraq, prezidentə və parlamentə təqdim edəcək. Hökumət mayın 1-10 arası formalaşdırlacaq. Bu posta Ermənistan hakim Respublikaçılar Partiyasının sədri, keçmiş prezident Serj Sarqsyanın gətiriləcəyi gözlənilir. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR