Məşhur aktyorun əşyaları satılır
Əslən avstraliyalı aktyor Rassell Krouya məxsus əşyalar Avstraliyanın Sidney şəhərində keçirilən "The Art of Divorce" adlı hərraca çıxarılıb.
XalqTV.com "Amerikanın səsi"nə istinadən bildirir ki, hərrac 2,8 milyon dollar toplayıb və onlarla alıcı və tamaşaçını cəlb edib.
Rassell Krounun Gladiator, Master and Commander, LA Confidential və The Insider kimi məşhur filmlərindən Roma tərzli at arabası, qızıl Rolex saat, dəri paltar və 128 yaşı olan skripka da daxil olmaqla, təxminən 200 filmdən geyimlər və əşyalar hərraca çıxarılıb.
Hərrac Krounun keçmiş həyat yoldaşı Daniel Spenserlə evliliklərinin 15-ci il dönümünə və aktyorun ad gününə təsadüf edib.
>Hərracın təşkilatçısı Sotheby`s korporasiyasının nümayəndəsi bildirib ki, Oskar qalibinin Gladiator filmində istifadə etdiyi qandallar da daxil olmaqla, əşyaların əksəriyyəti dəyərindən olduqca baha qiymətə satılıb. Dəmir qandallar satışa 1535 dollara çıxarılsa da, 29 974 dollara satılıb.
Gladiator filmində Roma tərzli at arabası isə 49 907 dollara satılıb.
Rassell Krou hərrac keçirilən zaman gözlənilmədən zala daxil olub və alıcıları alqışlayıb.
XalqTV.com