idman

Araz Abdullayev Kiprin ən yaxşıları arasında

  • 10 Apr 2018
  • 150347 baxış

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Kipr çempionatının ən məhsuldar yarımmüdafiəçilərindən biridir.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Həm "Anortosis"in, həm də Kipr çempionatının ən güclü sağ cinah oyunçuları arasında göstərilən həmyerlimiz zədə ucbatından əsas heyətdəki yerini itirməsinə baxmayaraq, hələ də dəqiq ötürmə sayında çoxlarını qabaqlayır. Belə ki, Araz bu mövsüm cinahdan rəqibin qapısı qarşısına 15 dəqiq ötürmə verə bilib. Abdullayev bu göstəricidə yalnız "Apollon"un xorvatiyalı yarımmüdafiəçisi Antonio Yakolisdən geri qalır.

>

Qeyd edək ki, "Anortosis"də icarə əsasında çıxış edən Araz Abdullayev müqavilə ilə "Qəbələ"yə məxsusdu.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-14669-araz-abdullayev-kiprin-en-yaxshilari-arasinda..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11