Dünya
ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır
ABŞ Konqresinin sənədlər bazasında yeni antirus sanksiyalarla bağlı qanun layihəsinə baxılır.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bu dəfə Vaşinqton Rusiyanın dövlət borcu ilə əlaqədar maliyyə əməliyyatlarını dayandırmaq niyyətindədir.
Rusiya KİV-lərinin yaydığı məlumatda o da qeyd edilir ki, sanksiyalar qiymətli kağızlara da öz təsirini göstərə bilər.
>Yeni sanksiyaların 60 gün ərzində qüvvəyə minəcəyi gözlənilir.
Xatırladaq ki, ötən cümə Vaşinqton 7 rus sahibkar, 14 kompaniya və 17 məmura qarşı sanksiya tətbiq edib.
XalqTV.com
RƏYLƏR