SAĞLAMLIQ

Ev heyvanları saxlamağın faydası

  • 11 Apr 2018
  • 159320 baxış

Heyvanlar insanların ən sadiq dostlarıdır. Onlarla dostluq etməyin, evdə heyvan saxlamağın həm faydalı, həm də bəzi zərərli cəhətləri var.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, araşdırmalara görə, ev heyvanları saxlayanlar digərlərinə nisbətən daha az əsəbiləşir və stressdən uzaq qalmağı bacarırlar. Bununla əlaqədar dünya heyvansevər cəmiyyətlərinin açıqladığı statistik məlumatlar çox maraqlıdır. Məsələn, ev heyvanı öz sahibini gün ərzində ən azı bir dəfə güldürməyə müvəffəq olur. İt saxlayanlar həkimə daha az müraciət edirlər. Pişik saxlayanlar isə daha mülayim və sakit olurlar.

Lakin bununla yanaşı, ev heyvanları saxlayarkən bəzi məsələlər, xüsusilə onların təmizliyi nəzərə alınmalıdır. Evdə körpə uşaqlar varsa, heyvanlar vaxtlı-vaxtında peyvənd edilməli, ona qulluq edənin pal-paltarı, üst-başı təmiz olmalıdır, çünki heyvanlarda natəmizlik halları və onların tükü allergiyaya səbəb ola bilər.

>

Uşaqların heyvanla təmasına müəyyən qaydalara əməl edilməklə ən tezi 2 yaşından sonra icazə verilir, əks halda müəyyən fəsadların yaranması mümkündür. Onların gözündə qaşınma, qızarma, sulanma, selikli qişada ifrazatın gəlməsi halları, qaşınma hissiyyatı, bəzi hallarda öskürməyə və boğulmaya qədər əlamətlər baş verə bilər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO