idman

8 afrikalı idmançı \"fərarilik edib\"

  • 11 Apr 2018
  • 154883 baxış

Avstraliyanın Qold-Koste şəhərində keçirilən Birlik Oyunlarında Kamerun yığmasının 8 idmançısı yoxa çıxıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Afrika ölkəsinin rəsmiləri atletlərin düşərgədən qaçdıqlarını təxmin edirlər. Rəsmi açıqlamada Kamerun yığmasının Oyunlarda iştirak etmək üçün Avstraliyaya gələn 24 idmançısından 8-nin itdiyi bildirilir. Onlardan 3-ü aprelin 8-də, 2-si isə ertəsi gün yığmanın düşərgəsini tərk edib. Aprelin 10-da isə daha 3 atlet öz otağına qayıtmayıb.

"Bu durum bizi məyus edir və pis vəziyyətdə qoyur", - yığmanın mətbuat katibi Saymon Molombe söyləyib.

>

İdmançıların Avstraliya ərazisində hərəkət etmələri üçün verilən vizanın müddəti mayın 15-də başa çatır. Aprelin 15-də yekun vurulacaq Birlik Oyunlarında 36 ölkə iştirak edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-14693-8-afrikali-idmanci-ferarilik-edib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11