idman

\"\"Roma\" Salahsız bu yerə gəlib\" - Klopp

  • 14 Apr 2018
  • 154635 baxış

"Bu, Salah üçün çox cəlbedici oyundur. "Roma"nın hansı səviyyədə olduğu hər kəsə bəllidir".

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun saytına açıqlamasında deyib.

Almaniyalı mütəxəssis komandanın lideri Məhəmməd Salahın Çempionlar Liqasının yarımfinalında sabiq komandası "Roma"ya qarşı oyunundan gözləntilərini açıqlayıb.

"Hamı Salahın komandamıza necə fayda verdiyi görür. "Roma" isə Salahsız bu yerə gəlib çıxıb. Təsəvvür edin ki, Salah "Roma"da olsa, nə olardı. 

Salah üçün xüsusi qarşılaşmadır. Məncə, o, Romada gözlənilməz dərəcədə qarşılanacaq. Amma əminənm ki, Salah hər şeyin öhdəsindən gələcək". 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR