Dünya

Nalçikdə bazardakı güclü yanğın davam edir

  • 16 Apr 2018
  • 150570 baxış

Bu gün səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərindəki bazarda güclü yanğın baş verib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, 2 min kv.m sahəni əhatə edən yanğın artıq ikinci ticarət pavilyonuna keçib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 75 əməkdaşı, 13 texnikası çalışır.

>

Xəsarət alanların olmadığı bildirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR