idman

Yunanıstan yığmamızla oyundan imtina etdi

  • 17 Apr 2018
  • 158154 baxış

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayda keçiriləcək yoldaşlıq oyunları ilə bağlı bir dəyişiklik edilib.

XalqTV.com-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, mayın 16-da Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun rəqibin imtinası səbəbindən baş tutmayacaq. Yığmamız həmin gün Gürcüstanın U-20 komandası ilə qarşılaşacaq. Mayın 24 və 27-də isə U-20 komandamız, əvvəlcədən açıqlandığı kimi, Bakıda Makedoniyanın U-21 yığması ilə yoxlama oyunu keçirəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR