"Hər gecə 2-3 kişi zorlayırdı" - Qaçırılan qadından TÜKÜRPƏDİCİ ETİRAF - VİDEO - FOTO
Somalidəki "Əş-Şəbab" terror qruplaşmasının qaçırdığı, təcavüz etdiyi və bir meşədə gizlətdikləri qadınların heç zaman, heç harda danışmadıqları başlarına gələn hadisələr ortaya çıxıb.
Keniyalı Salama Ali itən iki qardaşının izinə düşdüyündə iki qorxunc hadisəylə qarşılaşdığını deyib. Qardaşları "Əş-Şəbab"a qatılmaq üçün qonşu ölkə Somaliyə gediblər. Təşkilatın qaçırdığı qadınlar isə kölə olaraq istifadə edilirdi.
Salamanın qardaşlarını tapmaq üçün etdiyi araşdırmalar səssiz və gizli bir şəkildə davam etməliydi. Yoxsa təhlükəsizlik qüvvələri "Əl Qaidə"nin qolu olan "Əş-Şəbab"la bir əlaqəsi olduğunu düşünə bilərdilər.
Qadın Mombasa bölgəsində və ona yaxın ərazilərdə yaxınları itən qadınlarla görüşməyə, yeni məlumatlar toplamağa başlayıb.
Salamanın dediyi kimi, "özləri kimi bir çox qadının olduğunu" kəşf etdilər.
Ancaq Salama daha başqa bir faktı öyrənir: "Qadınları zorla Somaliyə aparırlar, seks köləsi halına salınırlar".
/>
Mombasa, ya da Keniyanın sahil bölgələrindəki gənci, yaşlısı, xristian və müsəlman qadınlara yüksək maaşlı iş vədi verilərək oğurlanırlar.
Psixoloji dəstək vermək üçün təhsil alan Salama keçən ilin sentyabr ayında geri dönən qadınlar üçün bir dəstək qrupu yaradıb. Qrupdan xəbərdar olan bir çox qadın Salamanı axtararaq qrupa qatılmaq üçün müraciət edirlər.
Bəziləri körpələriylə, bəziləri tutulduqları HİV viruslarıyla, bəziləri isə psixoloji problemlərlə geri dönüblər.
/>
Salama "Əş-Şəbab"ın əlindən qurtulan qadınların başlarına gələnləri danışmaq istəmədiklərini deyib: "Qaranlıq bir otaqda, bu qeyri-adi qadınlarla bir yerə gəlirəm. Hamısının əvvəl heç vaxt danışmadıqları hekayələri var. Biri "Gəlib təcavüz edirdilər. Saylarını belə xatırlamıram. Üç il ərzində hamısı tərəfindən təcavüzə uğradım" deyə açıqlama verib.
Başqası "Axşamlar hər qadın üçün iki, ya da üç kişi gətirirdilər. Bizə dəfələrlə təcavüz edilirdi" dedi.
/>
"Əş Şəbab" Somalidə şəriət qaydalarının tətbiq olunduğu bir İslam dövləti qurmağı məqsəd qoyur. Afrika Birliyi qüvvələrinin bir hissəsi olan qonşu ölkələr isə təşkilata qarşı birlikdə mübarizə aparır. Keniya ordusu da Somali sərhədindəki Boni meşəsi yaxınlığında "Əş Şəbab"la döyüşürlər.
XalqTV.com xəbər verir ki, BBC-nin danışdırdığı 20-dən çox qadın, bir meşədə saxlanıldıqlarını deyiblər. Bu meşənin Boni Meşəsi olduğu ehtimalı yüksəkdir.
Salamanın qurduğu qrupun yeni üzvü Fais təzəlikdə terrorçuların əlindən qaçıb.
Ona yaxınlaşan yaşlı bir cütlük hələ 16 yaşındaykən Faisə Malindi bölgəsində bir iş təklif etmişdi. Çarəsiz şəkildə iş axtaran gənc qadın dərhal 14 adamla birlikdə bir avtobusda deyilən yerə yola düşüb.
Yolda qadınlara içinə dərman qatılmış su verilib
Fais başına gələnləri belə izah edir:
"Şüurumuz geri gəldiyində bir otağın içində iki adam var idi. Qara bezlərlə gözlərimizi bağladılar, hamımızı zorladılar".
Yenidən dərman verilən Fais qaranlıq bir meşədə oyanıb. Qaçmağa çalışsaydı, öldürüləcəyi deyilibmiş.
/>
"Körpəmi öz başıma doğmaq məcburiyyətində qaldım"
Qorxu içində keçirdiyi üç il ərzində "çox uzun saqqallı" bir qrup terrorçu üçün yeməklər bişirməyə məcbur edilib.
Təhməz Təkin
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində