Dünya

Sarkisyanın əleyhdarları daha bir mitinq elan etdi

  • 18 Apr 2018
  • 150548 baxış

"Yerevanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etiraz aksiyalarının iştirakçıları bu gün axşam saatlarında daha bir mitinq keçirəcəklərini deyiblər".

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu müxalif deputat, aksiyanın rəhbəri Nikol Paşinyan deyib.

N.Paşinyan bildirib ki, aksiyanın saat 19:00-da başlaması planlaşdırılır.

>

Xatırladaq ki, Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz olaraq Yerevanda və digər şəhərlərdə kütləvi aksiyalar aprelin 16-dan davam edir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR