Siyasət

Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

  • 19 Apr 2018
  • 152757 baxış

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti Corc Herbert Uoker Buşa başsağlığı məktubu göndərib.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, 

Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR