Dünya

Bakı-İstanbul aviareysində gecikmə olub

  • 21 Apr 2018
  • 3019 baxış

Azərbaycanın aşağı büdcəli aviareysi olan "Buta Airways"in Bakı-İstanbul reysi təxirə salınıb. 

Milli.Az Xalqtv.com-a xəbər verir ki, "J2 9103" reysi yerli vaxtla 07:45-də həyata keçirilməli imiş.

Məlumata görə, təxminən, bir saata qədər sərnişinlər salonda qaldıqdan sonra düşürülüb və onlara 09:30-da təşkil ediləcək reyslə İstanbula uçacaqlarını bildiriblər.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Report"a açıqlamasında bildirib ki, təyyarə texniki səbəblərdən havaya qalxa bilməyib: "Hava gəmisinin kapitanı təyyarəni texniki səbəbdən dəyişməyi qərara alıb. Təxminən, 10 dəqiqədən sonra sərnişinlərin minişi başlayacaq və 09:30 üçün təyyarənin havaya qalxması gözlənilir".

Qeyd edək ki, "J2 9103" reysi "Embraer ERJ-190" təyyarələri ilə həyata keçirilir. Reyslər İstanbulun Sabiha Gökçen Hava Limanına həyata keçirilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-14865-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11