Dünya
Ana öz oğlunun uşağını dünyaya gətirdi - FOTO
ABŞ-ın Texas ştatında maraqlı hadisə baş verib.
XalqTV.com axşam.az-a istinadən xəbər verir ki, 50 yaşlı ana öz oğlunun övladını dünyaya gətirib.
Belə ki, 2012-ci ildə Allen Consla ailə quran Kayla Cons 17 yaşında keçirdiyi əməliyyatla bağlı heç vaxt valideyn ola bilməyəcəyi üçün surroqat ana axtarışına çıxır.
Qayınanası, 50 yaşlı Petti Reseker zarafatyana oğlu və gəlininə bir neçə dəfə "Sizə böyük məmnuniyyətlə köməklik edərdim" deyib. Əvvəlcə bunu ciddiyə almayan cütlük daha sonra Pettinin həqiqətən də surroqat ana olmağını istəyiblər.
>İlk sınaq uğursuz olsa da, ikinci dəfədən sağlam hamiləlik baş tutub. 7 ay sonra isə nənə öz oğlunun övladını dünyaya gətirib.
Qeyd edək ki, bu, dünyada ilk belə hadisədir.
XalqTV.com
RƏYLƏR