Hadisə

Azərbaycanlı ailənin evinə "Kalaşnikov"la basqın etdilər - YENİLƏNİB - FOTO

  • 24 Apr 2018
  • 153024 baxış

Gürcüstanda azərbaycanlı ailənin məruz qaldığı silahlı basqının təfərrüatları məlum olub.

Milli.Az Xalqtv.com-a xəbər verir ki, gecə saat 12.00 radələrində Allahverdiyevlər ailəsinin yaşadığı evə 3 nəfər maskalı şəxs daxil olub. 

"Kalaşnikov" avtomatı ilə silahlanmış basqınçılar Əlirza Allahverdiyev, onun həyat yoldaşı Həqiqət Allahverdiyeva və qızları 18 yaşlı Sahibə Allahverdiyevaya avtomatla zərbələr endirərək, onları ayrı-ayrı otaqlarda bağlayıblar. Oğrular ailə üzvlərinə soyuq silahla xəsarətlər yetirərək işgəncə veriblər. 

Soyğunçular evdəki əşyaları alt-üst edərək pul və zinət əşyalarını axtarmağa başlayıblar. Onlar bildiriblər ki, bu yaxınlarda ailə 19 baş mal-qara satıb və ailədə 20 min laridən çox pul olmalıdır. 

Cinayətkar dəstə evdən 5 min lariyə yaxın pul, 10-dan çox üzük və digər qızıl əşyalar aparıblar. 

Faktla bağlı cinayət işi açılıb. Hazırda polis tərəfindən mühasirəyə alınmış evdə müvafiq ekspertiza aparılır. 

---------
11:22

Gürcüstanın Kaspi rayonunun Ferma kəndində azərbaycanlı ailənin evinə silahlı basqın olub.

Milli.Az Xalqtv.com-a xəbər verir ki, maskalı şəxslər gecə saatlarında evə daxil olaraq ailə üzvlərinə hədə-qorxu gəliblər.

Ailə üzvləri arasında yaralananların olduğu bildirilir. Hazırda polis hadisə yerində araşdırma aparır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-14953-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11