Balaca şahzadə doğuldu - VİDEO - FOTO
Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Uilyamın üçüncü övladı doğulub. Uilyamın xanımı, Kembric hersoginyası Keyt Middlton oğlunu Londonun Peddinqton səmtindəki "St Mary's Hospital"da dünyaya gətirib.
XalqTV.com Daily Mirror-a istinadən bildirir ki, şahzadə və xanımı hospitalın qarşısına çıxaraq reportyorların kameraları önündə durublar. Onlar balaca şahzadəni media mənsublarına göstəriblər.
Sonra hersoginya K.Middlton hospitala qayıdıb.
Şahzadə Uilyam isə Kensinqton Sarayına yollanaraq 5 yaşlı oğlu Corcu və 3 yaşlı Şarlottanı da götürərək geriyə, hospitala qayıdıb.
Şahzadə Uilyamın yeni doğulan, ikinci oğlu Kembric şahzadəsi adlanacaq. O, babasından, atasından, böyük qardaşından və bacısından sonra Britaniya taxtına 5-ci iddialşı olacaq.
>Balaca şahzadəyə Artur, Albert və ya Fred adının veriləcəyi gözlənilir.
3,8 kq çəkisi olan şahzadənin adı sabah açıqlanacaq.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />